İnsultun müalicəsində perspektivli tədqiqat aparılıb.

Kanadanın Monreal şəhərində bir qrup alim insult keçirən xəstələr üçün ümid ola biləcək araşdırmanı təqdim edib.

Alimlər arxa ayaqları iflic olan heyvanın beyninin iki yarımkürəsini növbə ilə stimullaşdırmaqla yenidən yeriməyə imkan verən interfeys hazırlayıblar. Nəticə müsbət olub. Alimlərdən biri bildirib ki, bu müsbət nəticəni əldə etdiyimiz üçün bir neçə il ərzində klinik sınaqlara keçməyə hazırıq: “Hər iki ayağın hərəkətini bərpa etmək üçün növbə ilə beynin sol və sağ qabığını stimullaşdıracağıq. Beyində alternativ stimullaşdırma başlayan kimi, qıcıqlanma halı baş verir. Bu zaman heyvan dərhal yenidən yeriməyə başlayacaq”, - deyə tədqiqatçı əlavə edib.

Bununla bağlı hazırda texnologiya üzərində iş aparılır. Bu texnologiya tam olaraq zədələnən onurğanı bərpa etməsə belə, həmin xəstələrin bəzi problemlərinin həllinə kömək edəcək.

Araşdırma “ScienceDirect” elmi jurnalında da dərc olunub.