ABŞ şirkəti itlərin ömrünü uzada biləcək yeni dərmanı sınaqdan keçirirlər.
ABŞ-ın Ərzaq Məhsulları və Dərmanların Keyfiyyətinə Sanitar Nəzarəti İdarəsinin baytarlıq şöbəsi itlərin ömrünü uzada biləcək yeni inyeksiya preparatının klinik sınaqlarının aparılmasına icazə verib. Tədqiqatı min itin üzərində keçirmək planlaşdırılır.
Corc Meyson Universitetinin professoru Ança Baranova qeyd edib ki, istehsalçı şirkət bu dərmanı məxfi saxlayır. Məlumdur ki, iynələr hər 3-6 aydan bir vurulacaq, preparatın təsir mexanizmi IGF-1 - qocalmanı sürətləndirən insulinəbənzər artım amilini ləngitməsindədir.
İri cins itlərin orta ömrü nisbətən kiçik cinslərdən daha azdır. Baranova qeyd edib ki, İrlandiya qurdbasanları orta hesabla 7 il, kiçik itlər isə 15 il ömür sürürlər. Bu, onunla bağlıdır ki, iri cinslər yetişdirilərkən insulinəbənzər artım amilinin daha yüksək səviyyəsinə malik daha güclü itlər seçilib.
Ekspert hesab edir ki, söhbət dərmanın iki variantından gedə bilər: IGF-1-ə yaxın anticisimlər və ya IGF-1-in səviyyəsini azaldan oktreotid maddəsi.
7 yaş və 7 yaşdan yuxarı itlər sınaqların iştirakçısı ola bilər.
Həm inyeksiya preparatı, həm də həb formasında olan dərmanın 2026-cı ildə bazara çıxarılması nəzərdə tutulur.