Kantaron (dazı otu) uzun oval yarpaqları və sarı və ya mavi çiçəklərdən ibarət salxımları olan kol şəklində bir bitkidir. Bitkinin yarpaqlarından və çiçəklərindən əldə edilən yağın istifadə tarixi Qədim Yunanıstana gedib çıxır.
Antibakterial, antioksidant və antiviral xüsusiyyətlərə malik olan bu bitkinin yağı xüsusilə yanıq və yaraların müalicəsində təsirlidir. Bitkinin təzə çiçək və yarpaqlarından alınan yağın rəngi sarı, qurudulmuş çiçək və yarpaqlarından alınan yağın rəngi isə qırmızıdır.
Qeyd olunduğu kimi antibakterial xüsusiyyətlərə malik olan bu yağ iltihab əleyhinə təsiri sayəsində dəriyə yerli olaraq tətbiq edildikdə kiçik yaralar və dəri qıcıqları ilə bağlı simptomları aradan qaldırmağa kömək edir.
Foodinfo.az kantaron yağının dəri üçün faydalarını təqdim edir:
Bu yağ iltihab əleyhinə təsir göstərdiyi üçün, bədəndəki iltihab səbəbiylə əzələlərdə, oynaqlarda və sinirlərdəki ağrıları aradan qaldırmağa kömək edir.
Dazıotu yağını dəri qıcıqlanmalarına və açıq yaralara sürtməklə yaranı və ya yanığı xəstəlik törədən mikroorqanizmlərdən qoruya və ağrıların qarşısını ala bilərsiniz.
Sızanaqların ən çox yayılmış səbəblərindən biri bədəndəki iltihabdır. İltihab bədən hüceyrələrinin hər hansı zədələnməsi nəticəsində baş verir. Dəri toxumasındakı yağ bezləri dəri hüceyrələrinin ehtiyac duyduğu nəmi təmin etmək üçün sebum adlanan bir növ nəm istehsal edir. Sebum dərinin səthini nəmləndirir və dəri baryerini gücləndirərək onun sağlamlığının qorunmasını təmin edir. Ancaq hər hansı bir iltihab zamanı dəri hüceyrələrindən ifraz olunan yağın miqdarında artım olur. Artan sebum məsamələrin tıxanmasına və sızanaqlara səbəb olur. Bu yağ sayəsində sızanaqların əmələ gəlməsinin qarşısı ala bilərsiniz.
Kantaron yağının tərkib hissələri arasında niasinamid var. Niasinamid dərinin nəm balansının qorunmasında mühüm rol oynayan B vitaminidir. Dərini yağlı etmədən nəmləndirməyi bacaran bu yağ demək olar ki, bütün dəri tipləri üçün uyğundur. Tərkibindəki niasinamid sayəsində dərinin teksturasını nəmləndirməklə yanaşı, incə xətt və qırışlar kimi yaşlanma əlamətlərini də gecikdirə bilir.
Dərini özünəməxsus quruluşu və möhkəmliyi ilə təmin edən kollagen zülalının sintezinin artmasına dəstək verən kantaron yağının faydaları sayəsində dərinizə təbii rahatlıq təmin edə bilərsiniz.
İltihab əleyhinə və ağrı kəsici təsirləri ilə yanaşı, dəridə kollagen sintezini artırmağa da kömək edir. Kollagen dəri hüceyrələrinin əsas komponentidir və yeni dəri hüceyrələrinin istehsalına və zədələnmiş dəri toxumasının bərpasına cavabdehdir. Dazıotu yağı dəri ləkələri, yaralar, yanıqlar kimi dəri qüsurlarının müalicəsində dəri üçün çox faydalıdır. Xüsusilə tərkibindəki hiperforin komponenti antiseptik xüsusiyyətləri sayəsində yaraların daha tez sağalmasına və açıq yaralarda infeksiya riskini azaldır.
Kantaron yağının dəri ləkələrinə faydası onun tərkibindəki hiperforin komponentinə bağlıdır. Bu yağın əsas komponentlərindən biri olan hiperforin dəri ləkələrinə səbəb olan həddindən artıq melanin sintezinin qarşısını almağa kömək edir. Bundan əlavə, niasinamidlə zəngin olduğu üçün dəridəki tünd ləkələrin solmasını dəstəkləyir.