Müasir dövrdə gündəlik həyat tərzi çevikliliyi, dəyişikliklərə sürətlə uyğunlaşması, yenilikçi inkişaf metodları ilə seçilir. İstənilən halda baş verən bütün hadisələr, yeni kəşflər, tibb, turizm, idman, səhiyyə, müxtəlif sənaye sahələri, kənd təsərrüfatı və digər sektorlar da daxil olmaqla bütün istiqamətləri bu axına qoşulmağa vadar edir. Məhz bunun nəticəsidir ki, bütün dünyanın əsas qida mənbələrindən biri olan kənd təsərrüfatı sahələri sürətlə inkişaf edir. Əgər, əvvəllər fermerlər sadə əkin alətləri ilə kifayətlənirdisə, artıq müasir dövrdə kənd təsərrüfatı sahələrində toxumun əkilməsindən tutmuş məhsulun yığılmasına qədər bütün mərhələlərdə tətbiq oluna biləcək, məhsuldarlığı artıraraq torpağın qayğısına qalacaq kifayət qədər vəsaitlər, texnikalar və məhsullar var. Onlar arasında təbiətdə mövcud olan müxtəlif elementlərin birləşməsi nəticəsində ərsəyə gələn bir çox vasitələr yer alır. Bu dəfəki məqaləmizdə kənd təsərrüfatlarında geniş formada tətbiq olunan karbamid gübrəsi haqqında danışacağıq. İlkin mərhələdə karbamid gübrəsi haqqında bəzi məlumatlarla tanış olaq.

Karbamid gübrəsi nədir?

Kimyəvi formulu NH₂CONH₂ şəklində olan karbamid rəngsiz, qoxusuz və asanlıqla həll ola bilən karbon, azot, hidrogen və oksigen atomlarından ibarət üzvi birləşmədir.

Bitkilər üçün qidalandırıcı rola sahibdir

Karbamid gübrələrinin tərkibində 46% bitkilər üçün əsas qida mənbəyi olan azot var. Azot bitki inkişafı üçün vacib olan amin turşularının, zülalların və xlorofilin mühüm tərkib hissəsidir. Bitkilərin sürətli böyüməsini və inkişafını təmin edərək məhsuldarlığı təmin edir.

Bir çox bitkilər üçün tətbiqi mümkündür

Karbamid gübrəsi meyvə, tərəvəz və müxtəlif bitkilər olmaqla, həmçinin, bir çox torpaq növlərində istifadə oluna bilər ki, bu da fermerlər üçün əlverişli seçimlərdən biridir. Bitkilərin ehtiyaclarından asılı olaraq əsas və ya üst gübrə kimi tətbiq oluna bilər.

Torpağa zərər toxundurmur

Karbamid neytral gübrə olaraq torpağın turşululuq tərkibini balansda saxlayaraq pH səviyyəsinə heç bir təsir göstərmir. 

Bitkilərdə müqaviməti artırır

Karbamid gübrəsi bitkilərdə quraqlığa, zərərvericilərə və xəstəliklərə, stresə qarşı müqavimətin artmasına kömək edir.

Karbamid gübrəsinin tətbiq

Karbamid gübrəsinin tətbiqi zamanı gübrə əkilən bitkinin kökünə təmas edilmədən yerin altında qalmalıdır. Çünkü üst gübrə kimi istifadə edilməsi zamanı torpaqda qalan karbamiddə ammoniumun buxarlanması nəticəsində təxminən 30% azot itkisi baş verir. Həddindən artıq soyuq və ya isti hava şəraitində tətbiqi tövsiyə olunmur. Daha da aydınlaşdırsaq, ideal tətbiq temperaturu 15-20°C təşkil edir. Buna səbəb isə soyuq havalarda karbamidin torpağa daxil olmasının çətinləşməsidir. Yüksək həllolma qabiliyyətinə malik olan karbamid, damcı suvarma ilə köklərə və ya çiləmə üsulu ilə yarpaqlara tətbiq oluna bilər.

Karbamid gübrəsini necə əldə etmək olar?

Ölkəmizin müxtəlif bölgələrində yerləşən 200-dən çox satış nöqtəsi ilə gubre.az, karbamid gübrəsinin də satışını həyata keçirir. Fermerlər 828 qısa nömrəsinə zəng edərək, müvafiq məhsulu sifariş verə və ya yaxınlıqda yerləşən satış nöqtəsinə yaxınlaşa bilərlər.