Dietoloq Polina Juravleva bitki yağlarının faydalı xüsusiyyətlərə malik olduğunu, ən faydalıları isə kətan toxumu, balqabaq, kolza, küncüt və zeytun olduğunu bildirib.

Foodinfo.az xəbər verir ki, ekspert İctimai Xəbər Xidmətinə müsahibəsində deyib ki, soya və xardal da faydalıdır, lakin əks göstərişləri var. Onların hamısının tərkibində orqanizm üçün lazım olan sağlam yağlar var, həmçinin vitamin və minerallarla zəngindir.

Onun sözlərinə görə, kətan toxumu yağında, məsələn, omeqa-3, 6 və 9, həmçinin linoleik, oleik və stearin turşuları var.

Fərid