Sərgilərin KOB-ların satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərin tanıdılmasında önəmi böyükdür.
Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinin açılış mərasimində deyib.
O bildirib ki, KOB subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlar kənd təsərrüfatı və qida sənayesidir.
“KOBİA da bu sektorlarda fəaliyyət göstərən KOB subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir. Əvvəlki illərdə olduğu kimi bu il də KOB-ların bazarlara çıxışı və satış imkanlarının genişləndirilməsinə dəstək məqsədilə KOBİA-nın stendində aqrar və qida sektorlarında fəaliyyət göstərən 10-a yaxın KOB subyektinin məhsul və xidmətləri təqdim edilir”, - deyə O. Məmmədov qeyd edib.