Krill yağı Antarktidada yaşayan kiçik qabıqlı balıqlardan əldə edilən yağ növüdür. Omeqa-3 yağ turşuları, astaksantin, fosfolipidlər və vitaminlərlə zəngindir. Krill yağı ümumiyyətlə balıq yağından daha asan əmilir və həzm olunur.

Foodinfo.az xəbər verir ki, krill yağı təbii mənbədən əldə edilən qida əlavəsidir və bir çox faydaları var. Tərkibindəki omeqa-3 yağ turşuları ürək sağlamlığını dəstəkləyir və xolesterol səviyyəsini aşağı salır.

Tərkibindəki astaksantin sayəsində antioksidan xüsusiyyətlərə malikdir və hüceyrələri sərbəst radikalların zədələnməsindən qoruyur. Bundan əlavə, krill yağı beyin funksiyasını dəstəkləyə, əhval-ruhiyyəni yaxşılaşdıra və dəri sağlamlığına müsbət təsir göstərə bilər. 

Krill yağı istehlak edərkən nəzərə alınmalı bəzi məqamlar var. Allergik reaksiya riski olan insanların diqqətli olması xüsusilə vacibdir. Həmçinin hamilə və ya süd verən qadınlar, uşaqlar və dərman qəbul edən insanlar krill yağı istifadə etməzdən əvvəl həkimləri ilə məsləhətləşməlidirlər.