Küncüt halvası hazırlamaq əslində çox asandır. Hər evdə olan 4 inqrediyentlə ağızda əriyən praktiki küncüt halvası hazırlaya bilərsiniz. 

Bizə lazım olan ərzaqlar:

50 qram kərə yağı 

2 stəkan un 

1 armudu stəkanı tahin

1 stəkan şəkər tozu

Hazırlanması:

1- Kərə yağını yapışmayan tavada vam odda əridin. 

2- Un əlavə edib rəngi azacıq dəyişənə qədər qovurun. 

3- Sonra şəkər tozunu əlavə edib 2-3 dəqiqə yenidən qovurun. 

4- Ocağı söndürün və tahini əlavə edin, qarışıq homojen bir tutarlılığa gələnə qədər yaxşıca qarışdırın. 

5- Hazırladığınız küncüt halvasının üzərini streçləyib yaxşıca sıxın və forma almasını təmin edin.

6- Bir gecə soyuducuda saxlayın. 

7- Ertəsi gün dilimləyərək dadını çıxara bilərsiniz.