Limfoma limfa sisteminin onkoloji xəstəliklərindən biridir və ilkin mərhələdə əlamətləri çox vaxt digər sadə xəstəliklərlə qarışdırılır. Bu səbəbdən simptomların vaxtında tanınması böyük əhəmiyyət daşıyır.

Foodinfo.az ən çox rast gəlinən simptomları təqdim edir:

– Ağrısız limfa düyünlərinin böyüməsi

 Boyun, qoltuqaltı və qasıq nahiyəsində şişkinlik müşahidə oluna bilər.

– Uzunmüddətli halsızlıq və zəiflik

– Səbəbsiz çəki itkisi

– İştahanın azalması

– Gecə saatlarında güclü tərləmə

– Səbəbi bilinməyən uzunmüddətli qızdırma

– Dəridə qaşınma

– Tez-tez infeksiyalara yoluxma

– Sinə nahiyəsində təzyiq və ya ağrı

– Nəfəs darlığı və uzunmüddətli öskürək

– Qarında şişkinlik və ya ağrı

Limfa düyünlərində bir neçə həftə ərzində keçməyən ağrısız şişkinlik, gecə tərləmələri və sürətli arıqlama müşahidə edilərsə, dərhal tibbi müayinəyə müraciət olunmalıdır.

Bu simptomlar digər xəstəliklərdə də rast gəlinə bilər. Dəqiq diaqnoz yalnız həkim müayinəsi və laborator analizlər əsasında qoyulur.