İnsan orqanizmi üçün çox faydalı olan meyvələrdən biri də limondur.

C vitamini ilə bol olan limon A vitamin, potassium, maqnezium, folik asid və lif cəhətdən də zəngindir.

Limonla bir çox problemlərin öhdəsindən gələ bilərsiniz.

- Limonun tərkibində olan turşu qoltuqaltı bakteriyaları öldürür. Limonu qoltuqaltına çəksəniz, qoxunu yox edər. Həm təbii, həm də zərərsizdir.

- Limonla dabanlara və ayaq barmaqlarına 10 dəqiqə masaj edə bilərsiniz.

- Qrip və soyuqdəyməni tez sağaldır.

- Paslanmış əşyaları limonlu suda saxlasanız, pasdan əsər-əlamət qalmayacaq.

- Limon suyu içmək immunitet sistemini gücləndirir, qırışları və ləkələri azaldır, diş ağrılarını aradan qaldırır və qanı təmizləyir.

- 3 limon və 1 qaşıq vanili su qurtarana qədər qaynatsanız, evinizin havası təmizlınəcək və qoxu yox olacaq.

- Biləklərinizə bir neçə damcı limon suyu qoysanız, bədəniniz güclənəcək və enerjiniz artacaq.

- Limonla əlinizdəki qoxuları yox edə bilərsiniz.

- Səhər yorğun oyanırsınızsa, yatağınıza bir limon qoyun. Pis qoxunu yox edir, buraxdığı qoxu ilə stressinizi azaldır və yuxu keyfiyyətinizi yaxşılaşdırır və nəticədə enerjili oyanırsınız.

- Limon qabığı yeməyin faydaları saysız-hesabsızdır. Diş ətini gücləndirir, qaraciyərin yağlanmasının qarşısını alır, bağırsaqları qoruyur, hüceyrələrin zədələnməsinin qarşısını alır və xərçəng riskini azaldır. Ürək-damar sağlamlığını qoruyur.