ABŞ-ın “McDonald’s” fast-food restoranlarını Azərbaycanda işlədən transmilli şirkət “McDonald’s Azərbaycan” QSC barəsində cərimə protokolu tərtib edilib.
Foodinfo.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edərək, 9 iyun 2021-ci il tarixdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib.
İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Xatırladaq ki, “McDonald’s Azərbaycan” 1999-cu ildən fəaliyyət göstərir. Şirkət 2019-cu ilin sentyabr ayında qapalı səhmdar cəmiyyət kimi fəaliyyət göstərəcəyini elan etmişdi. Səhmdar cəmiyyətin hazırda nizamnamə kapitalı 28,45 mln. manatdır.
Son xəbərlər
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub
- Turş naringiləri 30 saniyə ərzində necə şirinə çevirmək olar?
- Pendirin ən sağlam növləri hansılardır?
- Kəsilmiş limonu soyuducuda saxlamaq olarmı?