Mədəni qorumağa süfrədən başlamaq lazımdır. Bəzi alışdığımız yeməklər dadlı olsa da, faydadan çox zərər verə bilər.
Foodinfo.az mədənin 3 düşməni barədə məlumat verəcək.
Ədviyyatlar və acılı yeməklər. Acılı, istiotlu yeməkləri sevirsiniz? Lakin mədəniz sevməyə bilər. Çox ədviyyatlı qidalar qıcıqlanma və narahatlığa səbəb ola bilər. Əgər sizdə artıq qastrit və ya mədə xorası varsa, xüsusilə diqqətli olmalısınız.
Alkoqol. Növbəti dəfə bir stəkan şərab və ya araq içmək istədikdə mədənizi düşünün. Həddindən artıq spirtli içki iltihaba səbəb ola bilər və hətta xora yarada bilər.
Kofein. Səhər bir fincan qəhvə çoxları üçün müqəddəs rituala çevrilib. Lakin bəzi insanlarda kofein qıcıqlanma və mədə yanmasına səbəb ola bilər. Bir fincan qəhvədən sonra özünüzü necə hiss etdiyinizə fikir verirn.
Müəyyən qidaları qəbul etdikdən sonra diskomfort hiss edirsinizsə, mütəxəssisə müraciət etməyiniz daha yaxşıdır. Həmişə bədəninizi dinləyin və sağlamlığınızın qeydinə qalın.
Leyla