Hindistanın “Royal Challengers Bangalore” kriket klubunda çıxış edən avstraliyalı Ellis Perri indiyə qədər yediyi ən qeyri-adi yeməkdən danışıb. Foofinfo.az xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.
“YouTube”a müsahibə verən məşhur idmançı gündəlik həyatı ilə bağlı sualları cavablandırıb. Suallardan biri də qəribə yeməklərlə bağlı olub. “Bir dəfə timsah əti yedim. Bu olduqca qəribə idi. Başqalarına bunu etməyi məsləhət görməzdim" 32 yaşlı Perri deyib.
İdmançı uzun müddət peşəkar kriket və futbolu birləşdirməklə tanınır, bu da məşqçilərlə çoxsaylı qalmaqallara səbəb olub. Buna baxmayaraq, Perri uzun illər Avstraliyanın hər iki milli komandasında beynəlxalq turnirlərdə çıxış edib. 2018-ci ildə o, kriketin lehinə son seçimi edib.
Nərmin