Vətəndaş “Ultratek” MMC-ni məhkəməyə verib.

Foodinfo.az xəbər verir ki, Məqsəd Qayıbov adlı şəxs məhkəmədə şirkət qarşısında müqavilələrdən əmələ gələn öhdəliklər üzrə iddia qaldırılıb.

İddiaya hazırda məhkəmədə baxılır.

Qeyd edək ki, 1994-cü ildə “ltratek” MMC adı ilə yaranmış şirkət məişət texnikası və elektronika bazarındadır.

Hazırda “Arçelik” və “Arnica” markalarının eksklüziv distribütoru olaraq pərakəndə, topdan və korporativ sahədə fəaliyyət göstərir. Pərakəndə sektorda 2018-ci ilin sonunadək “Ultratek” MMC-yə məxsus mağazalar “Arçelik” adı altında tanınaraq inkişaf edib.

2019-cu ildən etibarən mağazalar adını “Texnomart”a dəyişib.