Evin ən çirkli yerlərindən biri mətbəxdir. Bəzi evlərdə mətbəx həmişə tər-təmiz olur, bəziləri haqqında isə bunu demək çətindir. Bəs necə edək ki, mətbəximiz təmiz və səliqəli olsun?

Foodinfo.az mətbəx təmizliyi üçün bəzi məsləhətləri təqdim edir:

1- MİNİMALİST OLUN 

Mətbəxdə nə qədər çox əşya varsa, onların çirklənmə ehtimalı bir o qədər yüksəkdir. Dəzgah üzərindəki ədviyyat qabları kimi əşyaları da şkafda saxlamaqla mətbəxi daha təmiz və səliqəli saxlaya bilərsiniz.

2- İLK MƏTBƏXİNİZİ TƏMİZLƏYİN 

Yemək hazırlamazdan əvvəl mətbəxinizi təmizləyin. Çünki hər yer dağınıq və çanaq çirkli olduğu zaman yemək bişirməyə başlasanız, işiniz ikiqat artmış olacaq.

3- GÖZLƏMƏ VAXTLARINI QİYMƏTLƏNDİRİN Mətbəxdə nəsə hazırlayarkən gözləmək məcburiyyətindəsinizsə, həmin andan yararlanın. Məsələn, şorbanın qaynamasını gözləyərkən qabyuyan maşını boşalda və ya ətrafı səliqəyə sala bilərsiniz. Bu yolla siz vaxta qənaət etmiş olarsınız.

4- HƏR QABYUMADAN SONRA ÇANAĞI TƏMİZLƏYİN

Ən çirkli yerlərdən biri də mətbəx çanağıdır. Hər yemək bişirdikdən, qabyumadan sonra çanağı təmizləsəniz, mətbəxiniz hər zaman təmiz qalacaq.

5- ƏTRAFA TÖKÜLƏN HƏR ŞEYİ DƏRHAL TƏMİZLƏYİN 

Yemək hazırlayarkən ətrafa nəsə töksəniz, onu dərhal təmizləyin. Çünki qalan kirləri təmizləmək daha çox çətin olur.

6- HƏR ŞEYİ ÖZ YERİNDƏ SAXLAYIN 

Əşyaları qruplaşdıraraq hər biri üçün yer təyin edin. İstifadə etdiyiniz və bitirdiyiniz hər bir məhsulu gözləmədən yerinə qoysanız, vaxtınıza qənaət etmiş və təmizliyi təmin etmiş olarsınız.

7- DOLABLARDA ORQANİZƏ QABLARDAN İSTİFADƏ EDİN

Dolablarınızı və sivirmələrinizi daha funksional etmək üçün orqanizə qablardan istifadə edin. Beləliklə, siz yerə qənaət edəcək və onu səliqəli göstərəcəksiniz.

8- DÖŞƏMƏNİ TƏMİZ SAXLAYIN

Mətbəx təmizliyi dedikdə ağıla ilk növbədə dəzgah, mətbəx şkafları və ya sobalar gəlir. Ancaq mətbəxin döşəməsi bunlar qədər vacibdir. Bu səbəbdən mətbəxinizi mütəmadi olaraq süpürüb silsəniz, qırıntıların ətrafa yayılmasının qarşısını ala bilərsiniz.