Migren orta və ya şiddətli birtərəfli baş ağrısı şəklində ortaya çıxan və aspirin kimi dərmanlarla tam olaraq əldə edilə bilməyən aralıq sinir sistemi xəstəliyidir.

Bu, umumiyyətlə genetik əsaslı bir xəstəlikdir. Migren xəstələrində ürəkbulanma, qusma və işığa həssaslıq müşahidə edilir. Migren hücumlarını və miqren ağrılarını azaltmaq üçün nəzərə alınmalı bəzi məqamlar var.

Foodinfo.az migreni tetikleyen səbəbləri təqdim edir: 

Stress 

Yuxu pozğunluqları 

Kəskin qoxular 

Ətraf mühitin dəyişməsi 

Aybaşı 

Fiziki fəaliyyətin olmaması 

Spirtli içkilərin qəbulu 

Kofein qəbulu 

Yemək tərzinin dəyişməsi 

Yüksək səslərə məruz qalma 

Uzun müddət oruc tutmaq 

Yüksək glisemik indeksli qidalar 

Miqren xəstələri aşağıdakı qidalara diqqət yetirməlidirlər. Pendir, banan, spirt, şokolad və sitrus meyvələri tiramin və feniletilamin ehtiva etdiyi üçün miqreninizi tetikleyebilir. Tiraminlə zəngin qidalar qəbul etdikdə ürək döyüntüsü, qan təzyiqinin artması və baş ağrıları ola bilər. Bu, migren hücumlarına səbəb olur.

Miqren xəstələri ümumiyyətlə yüksək histamin səviyyəsinə malikdirlər. Tərkibində histamin olan qidalara diqqətli olmaq lazımdır: donuz, mal əti, balıq, salam, işlənmiş ət, pivə, şərab, banan. 

Kofein orqanizmdə adenozinin ifrazını artırır. Artan adenozin Ca+ kanallarını aktivləşdirir və miqren ağrıları görünməyə başlayır. Belə xəstələrin kofein qəbulunun miqdarına diqqət etmələri lazımdır. 

Qadağan olunmuş qidalardan, uzun müddətli aclıqdan, stressdən, sadə karbohidratlardan uzaq durduğunuzda, yuxarıda yazılan miqreni tətikləyən səbəblərə diqqət yetirdiyinizdə, yuxu rejiminizi yaxşılaşdırdığınızda miqren ağrılarınızın azaldığını görəcəksiniz.