Siqaret çəkənlər nikotinin sağlamlıqlarına vurduğu zərəri bilə-bilə siqaret çəkməyə davam edirlər.

Asılılıqdan başqa, siqaretin sağlamlığa verdiyi bir çox zərər var. Nikotin bütün maddələr mübadiləsini dəyişdirir. O, həmçinin həzm sisteminə təsir edir və mədənin selikli qişasını qıcıqlandırır. Nikotinin daimi istehlakı mədə turşuluğunu stimullaşdırır.

Qan təzyiqinin sürətlə artmasına səbəb olan, ağciyərlərə ciddi ziyan vuran, beyinlə təmasda olduqda dopamin kimi nörotransmitterlərin artmasına səbəb olan nikotin insan siqareti buraxdıqdan sonra da bədənə təsirini illər boyu davam etdirir. Mütəxəssislər sağlam qidaların və həyat tərzinin dəyişməsinin sağlamlığa çox zərərli olan nikotinin bədəndən çıxarılmasına kömək edə biləcəyini bildiriblər.

Foodinfo.az bədəndəki nikotini çıxarmağa kömək edən qidaları təqdim edir:

KÖK 

Kök suyu nikotinin dərinizə və sağlamlığınıza vurduğu zərərin qarşısını alır. Kök suyu dərinizi canlandırır və nikotindən xilas olmağa kömək edir. 

SU

Su bədəninizin toksinlərdən təmizlənməsinə və hüceyrələrin yenilənməsinə kömək edir. Bundan əlavə, içməli su nikotinin bədəninizdə topladığı zərərli maddələri təmizləyir. 

MORUQ 

Moruğun tərkibində ellagik turşusu adlı maddə var. Ellagik turşusu nikotini və digər zərərli komponentləri məhv edir. 

ƏRİK 

Ərik karotinlə zəngin qidadır. Siqaret çəkərkən itirdiyiniz karotin miqdarını ərik yeyərək geri ala bilərsiniz.

KİVİ 

Kivi A, C və E vitaminləri ilə zəngindir və immunitet sistemini gücləndirir. Bu, nikotinin bədənə vurduğu zərərin bərpasına kömək edir. 

GİCİTKƏN 

Gicitkən dəmir və dezinfeksiyaedici xüsusiyyətlərə malik bitkidir. Gicitkən də nikotini bədəndən çıxarmağa kömək edir. 

BROKOLİ 

Brokoli antioksidantlarla dolu bir tərəvəzdir. Antioksidanlar bədəninizi toksinlərdən qoruyur. Brokoli həmçinin C və B5 vitaminləri ilə zəngindir ki, bu da nikotinin bədəndən çıxarılmasına kömək edir.