Bal şəkərə əla alternativdir, lakin bütün hallarda deyil. Qidalanma mütəxəssisləri çaya şəkər əvəzinə bal əlavə etməyi qətiyyətlə tövsiyə etmir. Səbəbini izah edək.
Niyə çaya bal əlavə etməməlisən?
Balda bakteriya və göbələklərin çoxalmasına maneə törədən fermentlər var ki, bu da məhsulun uzun müddət saxlanmasına imkan verir. İstilik zamanı bu fermentlər məhv edilir və kanserogenlərə çevrilir.
Bu proses artıq 35 dərəcədən başlayır. Odur ki, isti çaya və çörək məmulatlarına şəkər əvəzinə bal əlavə etmək olmaz.