Balqabaq toxumu yağı son illərdə məşhur qidaya çevrilib. Elmi araşdırmalar sübut edib ki, bu yağın içilməsinin sağlamlıq üçün çoxlu faydaları var. Balqabaq toxumu yağı prostat sağlamlığı, saç və dəriyə qulluq, immunitet sistemini gücləndirməyə müsbət təsir göstərən qidadır.

Foodinfo.az xəbər verir ki, bu yağı içməyin ən məşhur faydalarından biri prostat sağlamlığına təsiridir. Bir çox araşdırmalar göstərir ki, balqabaq toxumu yağı prostatın böyüməsinin qarşısını alır və prostat xərçəngi riskini azaldır. 

Bundan əlavə, balqabaq toxumu yağı tərkibindəki sink və digər əvəzolunmaz yağ turşuları sayəsində saç və dəri sağlamlığına müsbət təsir göstərir. Həmçinin onun tərkibində immunitet sistemini gücləndirməyə kömək edən antioksidanlar, minerallar və vitaminlər var. Bu, bədəni xarici amillərdən qoruyur və xəstəliklərə qarşı müqavimətini artırır.

Balqabaq çəyirdəyi yağı içərkən diqqət edilməli olan məqam yağın saf və üzvi olmasıdır.