Vəzifə: Maliyyə Nəzarəti üzrə Müdir Müavini İş yeri: OBA Marketlər Şəbəkəsi, Baş Ofis Direktorluq: Maliyyə Namizədə dair tələblər: • Təhsil: Ali təhsil (maliyyə yönümlü) • Kompüter bilikləri: MS Office • Dil bilikləri: İngilis dili • İş təcrübəsi: Audit sahəsində (Big 10) iş təcrübəsi (Audit Assistant 3 və ya Audit Senior), ümumilikdə isə 3-5 il təcrübə • ACCA imtahanlarının bir hissəsinin (F1-F3, F7) müvəffəqiyyətlə keçmiş olması Vəzifə öhdəlikləri: • Mühasibat uçotu üzrə əməliyyatları yoxlamaq və düzgün tanınmasına nəzarət etmək • Xərclər üzərində nəzarəti təmin etmək • Ay bağlanışı prossesinə nəzarət etmək • Daxili audit ilə işlərin koordinasiyası və audit prossesinə dəstək • Xarici audit ilə işlərin koordinasiyası və audit prossesinə dəstək • Mühasibat uçotu üzrə prosseslərin yoxlanılması və daxili nəzarətin qurulması • Qrup maliyyə sorğularının cavablandırılması Əlavə təminatlar: • Nahar; • Korporativ nömrə; • Servis xidməti; İş qrafiki: İş saatları 09:00 – 18:00; Nahar fasiləsi: 13:00-14:00 Şənbə və Bazar istirahət günü. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Maliyyə Nəzarəti üzrə Müdir Müavini" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.