İnsan ömrünün müddəti onun qidalanmasından bilavəsitə asılıdır.Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Qeyd olunur ki, insan ömrünü uzadan məhsullardan biri fındıqdır. Fındıq istifadə edən insanlarda həmçinin xolesterol səviyyəsi aşağı düşür, qan təzyiqi azalır, iltihab riski minimuma enir.
Həmçinin avokado da ömrü uzadan məhsullardan sayılır. Avokado insan orqanizminə əlavə həcmdə kalium daxil olmasını təmin edir. Bununla da təzyiq problemi aradan qalxır. Bu məhsul həmçinin ürək sağlamlığını da qoruyur.
Protein və zülallarla zəngin olan noxud da insan ömrü üçün əhəmiyyətlidir. Həzmə yardım edir, xolesterolu azaldır, xərçəng riskini aşağını salır.
Nurlan