Turşu suyunun tərkibində olan laktik turşu həzm sisteminə müsbət təsir göstərir. Həzm problemlərini azaldır və bağırsaq florasını tarazlayaraq həzm prosesini dəstəkləyir. Bundan əlavə, bu içki tərkibindəki liflə bağırsaq hərəkətlərini tənzimləyir və qəbizliyi aradan qaldırmağa kömək edir.
Foodinfo.az xəbər verir ki, bu su tərkibindəki vitamin və minerallarla orqanizmi dəstəkləyir. Tərkibində qida maddələri xüsusilə C vitamini, K vitamini, dəmir, kalium və manqan var. Beləliklə, bədəndəki qida çatışmazlığını aradan qaldırır və ümumi sağlamlıq vəziyyətinə müsbət təsir göstərir.
Xüsusilə insanlar yaşlandıqca əzələ və sümük sərtliyinin qarşısını almaq üçün qan səviyyələri və kalsium səviyyələrinin balanslaşdırılması vacibdir. Turşu suyunda bol olan kalsium bunun qarşısını alır. Ona bal əlavə etdikdə isə təsiri ikiqat artır.
Yağlı yeməklərdən sonra mədə qıcqırması kimi narahatlığın qarşısını alır.
Soyuq hava ilə artan faringit kimi xəstəliklərdə antibiotik təsiri verir. Daimi istehlak edildikdə quru öskürəyin qarşısını alır.
Həmçinin yemək borusunda aşkar edilə bilən xərçəng hüceyrələrini azaltmağa kömək edir.
İmmuniteti gücləndirməklə yanaşı, qış xəstəliklərinin də qarşısını alır.
Tərkibindəki yüksək miqdarda antibakterial sayəsində sidiklə bağırsaqlarda və mədədə olan toksinləri xaric edir.