Palma yağı zərərli hesab olunsa da, çox istifadə olunmasa, orqanizm üçün zərərsizdir.

Foodinfo.az xəbər verir ki, bu barədə kimyaçı-texnoloq Olqa Kosnikova danışıb.

Ucuz və universal məhsul olan palma yağında, kokos yağından fərqli olaraq, sağlamlıq üçün faydalı olan doymamış omeqa yağlarının faizi yüksəkdir.

Müxtəlif yağlar damar sağlamlığı və pis xolesterinin azalması üçün faydalı olan elementlərin mənbəyidir. 

Kosnikova qida rasionunda müxtəlif yağları birləşdirməyi, həmçinin doymuş yağların (kərə və kokos yağları, yağlı ət) miqdarını azaltmağı məsləhət görüb.

Fərid