Dərs ili başladı və onunla birlikdə anaların hər gün üzləşməli olduğu məktəb qayğıları da gəldi. Övladınız məktəbdən sonra yenicə aldığınız və çoxlu pul ödədiyiniz məktəbli formasının üzərində qələm izləri ilə gəlirsə, narahat olmayın. Çünki xoşbəxtlikdən, hətta ən qalıcı ləkə ilə mübarizə aparmağa kömək edəcək bəzi üsullar var.
Foodinfo.az xəbər verir ki, uşağın məktəbli formasının üzərindəki qələm, flomaster və karandaş ləkələrini aparmaq üçün diqqətli olmaq lazımdır, əks halda paltar xarab ola bilər.
Mürəkkəb ləkələri hər hansı kimyəvi maddə ilə ovalanmamalıdır. Paltaryuyan maşın ləkələri təmizləyə bilmirsə, spirtə batırılmış bir parçadan istifadə edə bilərsiniz. Ləkəyə spirt əsaslı məişət məhsulu çəkin. Ləkəni örtmək üçün məhsuldan kifayət qədər istifadə edin.10 dəqiqə hopmasını gözləyin.
Ləkənin üzərinə spirtli içki tökməyin. Bu növ spirt ləkəni çıxarmayacaq.
Spirt əsaslı olmasa da, dırnaq lakı təmizləyicisi də ləkələri effektiv şəkildə çıxara bilən məişət təmizlıyicisidir.
Boya ləkələri təzyiqli su altında saxlanılmalıdır, bundan sonra paltar adi ağardıcı ilə yuyula bilər.
Gördüyünüz kimi məktəb ləkələri ilə mübarizə aparmaq o qədər də çətin deyil. Sadəcə təmizlik qaydalarını yadda saxlamaq lazımdır.