Cənubi Koreya parlamenti uzun müzakirələrdən sonra it əti barədə qərar verib.
Foodinfo.az xəbər verir ki, parlament son iclasında ölkə üzrə it ətinin istehlakını qadağan edib.
Qərar 3 illik keçid dövründən sonra – 2027-ci ildə qüvvəyə minəcək. Bu dövrdən sonra it ətinin satılması və istehlakı həbs və ya 30 milyon von (33 min manat) cərimə ilə cəzalandırılacaq.
Statistikaya görə Koreyada 3500-dən çox fermada 1,5 milyondan çox ətlik it saxlanılr. Keçid dövründə bunların hamısı ya profilini dəyişməli, ya da bağlanmalıdır.
Nurlan