Payız romantik duyğuların oyandığı, xatirələrin yada düşdüyü fəsildir. Lakin ilin bu fəsli özü ilə təkcə rəngarəng yarpaqlar və kamin kənarında xoş axşamlar deyil, həm də daha qısa günlər və sərin hava səbəbindən boz rənglər gətirə bilər. Kimlər üçünsə bu, depressiya, tənhalıq və gücün tükənmə dövrüdür. Payız depressiyası həmin hisslərin təsiri nəticəsində yaranır. Lakin üzülməyin! Bəzi qidalar əhvalınızı düzəltməyə və enerjinizi yüksəltməyə kömək edə bilər.
Foodinfo.az həmin qidaların siyahısını təqdim edir.
Banan. Yaxşı əhval-ruhiyyə uğrunda mübarizədə ən yaxşı dostunuzdur. Banandakı triptofan "xoşbəxtlik hormonu" olan serotoninin səviyyəsini artırmağa kömək edir.
Tünd şokolad. Sadəcə ləzzətli şirniyyat deyil, həm də əsl "endorfin bombası"dır.
Qızılbalıq. Tərkibindəki omeqa-3 yağ turşuları depressiya və pis əhval-ruhiyyəyə qarşı silahınızdır.
Qoz-fındıq. Tərkibindəki maqnezium sayəsində narahatlığa qarşı əla vasitədir.
Yumurta. Enerjiniz və immunitetiniz üçün vacib olan D vitamini və zülaldan ibarətdir.
Bunlardan əlavə, təmiz havada gəzməyi də unutmayın! Payız fəslində park və ya meşələr əsl ilham və sevinc mənbəyinə çevrilə bilər.