Pentaqonun Bütün Anomaliyaları Araşdırma Ofisi (AARO) hər ay naməlum uçan obyektlər haqqında yüzlərlə məlumat aldığını bildirib. Foodinfo.az bildirir ki, bu barədə CNN məlumat yayıb.

AARO rəhbəri Sean Kirkpatrickin sözlərinə görə, onun şöbəsi 2022-ci ilin avqustunda təxminən 650 UNO hesabatı aldığı halda, 2023-cü ilin aprelində bu rəqəm ayda 800-ə yüksəlib. Çox vaxt naməlum obyektlər qapalı hava məkanı olan hərbi qurğuların ərazisində qeydə alınır. O, bunu belə yerlərdə daha həssas müşahidə vasitələrindən istifadə etməsi ilə əlaqələndirir.

Kirkpatrick-ə görə, vaxtın təxminən yarısında şarlar, dağıntılar və digər adi əşyalar UNO-larla səhv salınır. AARO-nun aldığı mesajların iki-dörd faizi həqiqətən anomal xüsusiyyətlərə malik olan obyektləri əhatə edir.

Fərid