Pestisidlər kənd təsərrüfatında məhsulun keyfiyyətini qorumaq üçün istifadə edilir, lakin bəzi meyvə-tərəvəzlərdə bu kimyəvi maddələr daha çox miqdarda qala bilir. Foodinfo.az xəbər verir ki, xüsusilə qabığı nazik olan və ya qabığı yeyilən məhsullarda pestisid qalıqlarına daha çox rast gəlinir.
1. Çiyələk pestisid qalıqları baxımından ən yüksək riskli meyvələrdən biridir, çünki nazik qabığı var və içəriyə asanlıqla nüfuz edir.
2. Almanın qabığında çox vaxt pestisidlər qalır. Buna görə də qabığı ilə yeyərkən daha çox diqqətli olmaq lazımdır.
3. Üzüm kiçik ölçüsü və çoxlu səth sahəsinə görə pestisidlər qalıq olaraq üzərində qala bilər.
4. Şaftalı və nektarinə qabığı nazik olduğu üçün pestisidlər asanlıqla daxil ola bilər.
5. Bibərin nazik qabığı pestisidlərin içərisinə keçməsinə imkan yaradır.
6. Kələm və kahının Yarpaqları dərmanlarla təmasda olduğundan risklidir.
7. Ispanağın yarpaqlı quruluşu pestisidlərin yapışmasına şərait yaradır.
Üzvi şəkildə yetişdirilmiş məhsullarda pestisidlərin miqdarı daha az olur.
Meyvə-tərəvəzləri sirkəli və ya duzlu su ilə yaxşıca yuyun. Bu, səthdəki pestisidlərin bir hissəsini təmizləyə bilər.
Pestisidlər əsasən qabıqda toplandığından, qabığı soymaq daha təhlükəsiz sayılır.
Balkon və ya bağçanızda öz meyvə-tərəvəzinizi yetişdirərək pestisidlərdən uzaq qala bilərsiniz.
Düzgün gigiyena qaydalarına riayət etmək pestisidlərin təsirini azalda bilər. Xüsusilə riskli məhsullarda daha çox diqqət yetirmək sağlamlıq üçün vacibdir.