Gəzinti sizin üçün yaxşıdır. Əgər siqaret çəkirsinizsə, bu, ikiqat faydalıdır. Alimlər hesab edirlər ki, gəzintilərin köməyi ilə siqareti asanlıqla və tez atmaq olar.
Təmiz havada sürətlə gəzmək siqaretə olan həvəsi azaldır. Foodinfo.az xəbər verir ki, bunu İnnsburk Universitetində (Avstriya) aparılan araşdırma göstərib. Belə ki, 16 yaşdan yuxarı sorğuda iştirak edən siqaret çəkənlər etiraf ediblər ki, təmiz havada on dəqiqəlik sürətli gəzinti onların siqaretə olan ehtirasını qapalı məkanda qaçış zolağında gəzməkdən və ya eyni on dəqiqə oturmuş vəziyyətdə qalmaqdan daha effektiv şəkildə aradan qaldırıb.