Evdə təmizliyi asanlaşdıran bir çox təbii üsullar və praktiki məlumatlar ortaya çıxır. Bu təmizləmə üsullarından istifadə edərək bütün işlərinizi asanlıqla idarə edə bilərsiniz.
Foodinfo.az xəbər verir ki, qabyuyan maşınlarda istifadə olunan yuyucu vasitələr və suyun codluq səviyyəsi qabların parlaqlığına və təmizliyinə təsir edir. Qabyuyan maşından çıxan stəkan, çəngəl və bıçaq kimi əşyaların parlaq və təmiz olması üçün yeni yuyucu toz və ya başqa bir şeyə ehtiyacınız yoxdur. Sizə lazım olan tək şey maşını işə saldığınız zaman qablarla birlikdə maşına yarım limon əlavə etməkdir. Turşu xüsusiyyətinə malik limon həm maşının strukturunda əmələ gələn kalsifikasiyaları təmizləyəcək, həm də maşındakı qabları cilalayacaq. Bundan əlavə, özünəməxsus qoxusunu yayan limon maşında qalan yemək qalıqlarının pis qoxusunun qarşısını alır. Maşınınızın uzun illər daha sağlam yaşaması üçün yarım limondan istifadə etməyiniz kifayətdir.