Qəhvə qaraciyər fibrozunun inkişafının qarşısını almağa kömək edə bilər.
Amerikalı alimlər bu qənaətə gəliblər. Onlar 4 mindən çox yetkin amerikalının məlumatlarını tədqiq edib.
Milli Sağlamlıq və Qidalanma Müayinəsi sorğusunun mütəxəssisləri qəhvədə olan kofeinin qaraciyərin sağlamlığına birbaşa təsir göstərə biləcəyini söyləyiblər.
"Bununla belə, içki qaraciyərin yağlanmasının səviyyəsinə birbaşa təsir göstərmir. Kofein fibrozun inkişafına mane ola və qarşısını ala bildi. Bu effekti gündə üç stəkan içməklə əldə etmək olar. Buna görə də, əks göstəriş olmadıqda, qaraciyəri qorumaq üçün pəhrizinizə qəhvə daxil etmək tövsiyə olunur", - tədqiqatda qeyd olunub.
Vurğulanıb ki, qəhvə həm də uzunömürlülərin rasionuna daxil olan əsas içkidir. Mütəxəssislərin araşdırmalarına görə, bu içki normada istifadə edildikdə, şəkərli diabet və piylənmə riskini azaldır. Qəhvədə olan kofein və polifenollar da beyin sağlamlığına müsbət təsir göstərə bilər.