Qaraciyərdə problemin olduğunu bir çoxları yalnız kəskin ağrılar hiss etdikdə anlayırlar.

Foodinfo.az oxuculara bunun gizli əlamətlərini təqdim edir.

1. Şişkinlik. Təkcə səhər deyil, gündüzlər də yaranan şişkinlik qaraciyər problemlərinin əlaməti ola bilər.

2. Ovucların içinin rənginin dəyişməsi. Ovuc dərisinin qeyri-adi rəngi qaraciyərin düzgün işləməməsinin əlaməti ola bilər.

3. Göz ağının sarılığı. Gözlərdə sarımtıl rəng sarılıq və qaraciyər xəstəliyinin göstəricisi ola bilər.

4. Dərinin qaşınması. Səbəbsiz qaşınma qaraciyərin zəif işləməsi səbəbindən toksinlərin yığılması ilə bağlı ola bilər.

5. Burun qanaxmaları.Tez-tez baş verən burun qanaxmaları qaraciyərlə əlaqəli olaraq laxtalanma probleminin əlaməti ola bilər.

6. Hörümçək damarlar. Dəridə, xüsusən də bədənin yuxarı hissəsində yaranan kiçik qırmızı "ulduzlar" qaraciyər problemlərinin əlaməti ola bilər.

7. Güclü yorğunluq. Xüsusi səbəb olmadan yaranan yorğunluq qaraciyər funksiyasının azalması ilə əlaqələndirilə bilər.

8. Ürəkbulanma. Daimi ürəkbulanma qaraciyər funksiyasının pozulması ilə bağlı ola bilər.

9. Beyin fəaliyyətinin pozulması. Konsentrasiya və yaddaşla bağlı problemlər toksinlərin yığılmasının nəticəsi ola bilər.