Qəhvə imtahana hazırlaşanların, işləyənlərin, layihə hazırlamaq üçün bütün gecəni oyaq qalanların ən böyük köməkçisi hesab olunur.
Foodinfo.az xəbər verir ki, qəhvədə bol miqdarda olan kofein diqqəti artıran bir maddədir. Yatmazdan əvvəl qəhvə içmək yuxu hormonunun istehsalını gecikdirir. Bədənə enerji verən qəhvə gündəlik işlərinizin daha sürətli getməsinə də kömək edir. Buna görə də insanların çoxu səhər oyanan kimi günə qəhvə ilə başlayır.
Hər insanın orqanizmi və kofeinə həssaslığı fərqlidir. Ona görə də bu məsələ ilə bağlı konkret nəsə demək düzgün deyil. Bəzi insanlar üçün 1 stəkan qəhvə bütün yuxunun itirməsinə səbəb olarkən, bəzi insanlar 3-4 stəkan qəhvə içsələr belə, yuxulu ola bilərlər. Bu, insanın kofeinə qarşı müqaviməti ilə bağlıdır.
Səhər içilən qəhvənin tərkibindəki kofeinin həzm olunaraq bədəndən tamamilə atılması 12 saata qədər çəkə bilir.
Həddindən artıq qəhvə istehlakı ürək sağlamlığı, mədə, qan təzyiqi, şəkər, miqren, su itkisi, mineral itkisi, vitamin itkisi, baş ağrısı, qaraciyər və öd kisəsi üçün ciddi təhlükə yarada bilər.