Qida anbarına işçi tələb olunur. 

İşin təsviri:

  • Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək;
  • Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
  • Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək; istisnalar barədə dərhal mühasibatlığı məlumatlandırmaq;
  • Mühasbatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək;
  • Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
  • Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;

Tələblər:

  • Təhsil – Ali.
  • Cinsi – Kişi.
  • Yaş həddi – 25-40 yaş.
  • Maliyyə sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi.
  • Dil bilikləri - Azərbaycan və Rus.
  • İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq.
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti.
  • Komandada işləmək bacarığı.
  • Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı.
  • MS Excel/ 1 C proqram biliyi.
  • Qidalanma şirkət tərəfindən təşkil olunub.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə)  mövzu yerinə “Anbardar” yazaraq [email protected] e-mail ünvanına göndərilməsi xahiş olunur.

Əmək haqqı: 700 manat.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.