Qışda orqanizmin immuniteti azalır, bir çox xəstəliklər özünü biruzə verir. Foodinfo.az xəbər verir ki, bunlara kariyes və diş ətinin iltihabı da daxildir. Belə ki, soyuq havanın və temperaturun dəyişməsinin təsiri altında diş minası nazikləşir və həddindən artıq həssas olur. Bu da kəskin ağrıya və xüsusilə yemək zamanı ağrılı reaksiyaya səbəb olur.
Çox vaxt qış aylarında gün işığının qeyri-kafi olması orqanizmdə D vitamini çatışmazlığına səbəb olur. Nəticədə bakteriyaların ifraz etdiyi aqressiv turşuların təsiri ilə diş minası yumşalır, nazikləşir və tədricən xarab olmağa başlayır.
Gündəlik pəhrizdə kalsium, flüor, maqnezium, kalium və A, B, C, D, K vitaminləri ilə zəngin qidalar olmalıdır. Süd məhsulları, ət və balıq, yumurta və dəniz məhsulları, təzə meyvə, tərəvəz və göyərti həmçinin qoz-fındıq buna daxildir.