Kələm turşusu həm sağlamlıq, həm də dad baxımından qış aylarının vazkeçilməzdir. Foodinfo.az evdə asanlıqla hazırlaya biləcəyiniz dadlı kələm turşusu reseptini təqdim edir.

 İnqrediyentlər:

1 kiloqram ağ kələm

2-3 orta ölçülü kök 

5 orta diş sarımsaq

 2 acı və ya şirin bibər

 Yarım dəstə cəfəri

 1 stəkan sirkə

 Su

 2,5 xörək qaşığı iri qaya duzu 

4-5 noxud

Hazırlanması:

Ağ kələmi yarpaqlarından yaxşıca ayırın. Sonra bol suda təmiz-təmiz yuyub hazır vəziyyətə gətirin. Kələmi istədiyiniz kimi 4 və ya 5 hissəyə kəsin. 

Sonra yerköküləri yuyun və soyub doğrayın.

Bankaların içini qaynar su ilə yuyub içinə əvvəlcə noxudları qoyun. Sonra kələm, yerkökü, bibər, qaya duzu, sirkə və sarımsağı bankaya əlavə edin. Ağzına qədər doldurulmuş bankanın qapağını möhkəm bağlayın. Ən az 10 gün günəş işığından uzaq bir yerdə saxladıqdan sonra süfrənizə gətirə bilərsiniz.

Acı bibər ləzzətinin turşu suyuna keçməsini istəməyənlər ondan istifadə etməyə bilər. İstəyirsinizsə, şüyüd də əlavə edə bilərsiniz. Qısa müddətdə hazır olmasını istəyirsinizsə, doğranmış kələmi qaynar suda 4-5 dəqiqə qaynatdıqdan sonra turşu hazırlaya bilərsiniz.