Qulağınıza sarımsaq qoysanız, cəmi yarım saat ərzində onun möcüzəvi təsirinin şahidi olacaqsınız. Bəs qulağa sarımsaq qoymağın nə faydası var?
Foodinfo.az bildirir ki, qoxusunu çox bəyənmədiyimiz sarımsaq haqqında hər gün yeni məlumatlar üzə çıxır. Bunlardan biri də qulaq ağrısının müalicəsidir. Xüsusilə uşaqları narahat edən və gündəlik həyatına təsir edən ağrılardan biri də qulaq ağrısıdır və bunun əsas səbəb də infeksiyadır. Zərbə, yanma, sancma kimi müxtəlif ağrılara səbəb olan qulaq ağrıları təbii antibiotik olan sarımsaqla müalicə olunur. Qulaq ağrıları infeksiya səbəbindən yaranarsa, qulaq, burun-boğaz həkimləri müvafiq antibiotiklərlə müalicə edirlər.
Hər infeksiya bakterial olmadığı üçün bəzi hallarda antibiotiklər işləmir. Qulaq ağrısı çox şiddətli deyilsə, həkimə getməzdən əvvəl evdə bəzi məşqlər edərək qulaq ağrısını aradan qaldırmağa cəhd edilə bilər.
Qulağınıza sarımsaq qoymaq qulaq infeksiyasının yaratdığı şiddətli ağrıları minimuma endirir. Qulaq ağrısını effektiv şəkildə aradan qaldıran sarımsağın cəmi yarım saat ərzində təsirinin şahidi olacaqsınız. Qulaq ağrısından yaranan yanma, sancma hissi yox olacaq.
Bir diş sarımsağın uclarını kəsin və sonra onu cuna ilə sarın. Sarımsağı bu şəkildə qulağınıza qoyun. Bu zaman sarımsağı qulaq kanalına itələməməyə diqqət edin. Sarımsaq qulağınızda olarkən qulağınıza isti bir dəsmal qoyun.