Üzümüzə qulluq etmək üçün çox vaxt sərf etsək də, ayaqlarımız çox vaxt diqqətdən kənarda qalır. Bununla belə, ayaq baxımı da dəri baxımının bir hissəsidir və müntəzəm olaraq qulluq edilməlidir.
Foodinfo.az pambıq kimi ayaqlar üçün 4 sadə üsulu təqdim edir:
1- Düyü unu, bal və sirkə
3 çay qaşığı düyü unu, bir çay qaşığı bal və 2-3 damcı alma sirkəsini bir qaba tökün və qatı bir pasta əmələ gəlməsi üçün yaxşıca qarışdırın. Ayaqlarınızı təxminən 10 dəqiqə isti suda isladın və sonra ölü dərini çıxarmaq üçün həmin qarışım ilə yumşaq bir şəkildə ovuşdurun. Bu prosesi həftədə 2-3 dəfə təkrarlayın.
Düyü unu dərini aşındırır, təmizləyir və reminerallaşdırır. Bal çatlamış ayaqları sağaltmağa kömək edən təbii antiseptikdir. Sirkə quru və ölü dərini yumşaldan və aşındırmanı asanlaşdıran yumşaq turşudur.
2- Soda
Bir ləyən isti suya 3 xörək qaşığı soda əlavə edin. Soda həll olunana qədər yaxşıca qarışdırın. Ayaqlarınızı bu suda 15 dəqiqə saxlayın. Ayaqlarınızı çıxarın və yumşaq bir şəkildə ovuşdurun. Təmiz su ilə yuyub qurulayın. ayaqlarınızı təmiz bir dəsmal ilə qurudun.
Soda aşındırıcıdır. Ölü hüceyrələri çıxarır və həmçinin iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Soda pis qoxunu da aparır. Bu prosesi həftədə iki dəfə tətbiq edə bilərsiniz.
3- Vazelin və limon suyu
Ayaqlarınızı təxminən 20 dəqiqə isti suda saxlayın. Yuyun və qurudun. Bir çay qaşığı vazelinə 3-4 damcı təzə sıxılmış limon suyu əlavə edərək yaxşıca qarışdırın. Bu qarışığı dabanlarınıza və ayaqlarınızın digər çatlamış bölgələrinə çəkin. Bir cüt yun corab geyinin və bir gecə belə yatın. Səhər ilıq su ilə yuyun.
Vazelin nəmləndirici rolunu oynayır və limon suyunun tərkibindəki limon turşusu dərinin aşınmasını və yeni dəri hüceyrələrinin böyüməsini təşviq edir. Yatmadan əvvəl müntəzəm olaraq tətbiq edə bilərsiniz.