Ramazan ayının yaxınlaşması müsəlman aləmində bu ayda hansı qidalara üstünlük verilməlidir sualını da yaradır. Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Qeyd olunur ki, bu il Ramazanda insanlar orta hesabla gündəlik 14 saat ac qalacaqlar. Belə olan halda uzun müddət susuz qaldığımız üçün suyu mümkün qədər çox istifadə etməliyik. Gün ərzində aclıq hissi yaşayan insanlar üçün noxud, mərcimək, bulğur kimi toxluq hissini uzadan qidalar qəbul etmək məsləhətlidir. Bu zaman həmçinin çox yağlı, duzlu və ağır yeməklərdən qaçmaq lazımdır.
Ramazanda edilən ən böyük səhvlərdən biri də qısa zamanda böyük miqdarda qida qəbul etməkdir. Halbuki belə olan halda artıq çəki problemləri ilə qarşılaşa və sağlamlıq problemləri ilə üzləşə bilərik.
Nurlan