Cari ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq 459 milyon manat olub. Foodinfo.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,5 faizi hüquqi şəxslərin, 50,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 18,6 faiz artaraq 229,4 milyon manat təşkil edib.