Şabalıd qabığı təbii bir vasitə olaraq bir çox faydalı xüsusiyyətlərə malikdir və sağlamlıqdan kosmetikaya qədər müxtəlif məqsədlər üçün istifadə olunur

Foodinfo.az xəbər verir ki, şabalıd qabığından hazırlanan qaynar su dəmləməsi ekzema, dəri qaşıntıları və iltihabların müalicəsində istifadə olunur. Onun antiseptik və sakitləşdirici təsirləri dərini sakitləşdirməyə kömək edir.  

Şabalıd qabığı qaynadılaraq saçların parlaq və sağlam görünməsini təmin edir. Eyni zamanda saçların rənginin təbii tonda qalmasını dəstəkləyir.  

Tərkibindəki təbii liflər və faydalı maddələr həzmi yaxşılaşdırmağa və bağırsaq problemlərini aradan qaldırmağa kömək edir.  

Şabalıd qabığının dəmləməsi toksinlərin bədəndən çıxarılmasını dəstəkləyir. Bunun üçün onu çay kimi istehlak etmək tövsiyə olunur.  

Ondan qan dövranını yaxşılaşdırmaq və damar problemlərini azaltmaq üçün də istifadə edilir. Xüsusilə ayaq yorğunluğunu aradan qaldırmaq üçün ayaq vannalarında istifadə olunur.