Piylənməyə meyillilik fərqli amillərlə əlaqəlidir və genetik, həyat tərzi, psixoloji və tibbi səbəblər bu riski artırır.
Foodinfo.az xəbər verir ki, ailəsində piylənmə olan insanlar genetik olaraq bu vəziyyətə daha meylli ola bilərlər. Genlər maddələr mübadiləsini, yağın saxlanılmasını və iştahı tənzimləyir.
Oturaq həyat tərzi piylənmə riskini artıran əsas amillərdən biridir. Fiziki fəaliyyətin azlığı kalori yığılmasına və artıq çəkiyə səbəb olur.
Şəkər və yağla zəngin, işlənmiş qidalarla qidalanan şəxslər daha çox piylənmə riski altındadır.
Hormon pozğunluqları (məsələn, hipotiroidizm) və insulin müqaviməti piylənməyə səbəb ola bilər.
Stress altında yemək yemək, xüsusilə yüksək kalorili qidaların istehlakı, piylənmə riskini artırır.
Yaş artdıqca maddələr mübadiləsi yavaşlayır və piylənmə riski artır.
Sağlam qidalanma müntəzəm fiziki fəaliyyət, stressin idarə edilməsi və tibbi problemlərin nəzarət altına alınması piylənmə riskini azaltmağa kömək edir. Xüsusilə risk qrupunda olan insanların bu amillərə diqqət etməsi vacibdir.