Kafein dərmanlara müxtəlif yollarla təsir edə bilər. Bu təsirlər əsasən kafeinin mərkəzi sinir sistemi və maddələr mübadiləsinə təsirindən asılıdır.

Foodinfo.az xəbər verir ki, kafein orqanizmdə dərmanların metabolizmasını dəyişdirə, təsirlərini artıra və ya azalda bilər.  

O, qaraciyər fermentləri (xüsusilə CYP1A2) vasitəsilə dərmanların parçalanmasınə təsir göstərə bilər. Məsələn, müəyyən dərmanlar kafeinlə daha yavaş və ya sürətli metabolizə edilə bilər.  

Antidepresantlar və psixostimulyatorlar kimi sinir sistemi üzərində təsir göstərən dərmanlarla birlikdə kafein istehlakı narahatlıq, yuxusuzluq və ya yüksək ürək döyüntüsü kimi yan təsirləri gücləndirə bilər.  

Həmçinin təzyiqi artırdığı üçün hipertoniya dərmanlarının təsirini azalda bilər.  

Eyni zamanda, qan durulaşdırıcılarla birlikdə çoxlu miqdarda kafein istehlakı qanaxma riskini artıra bilər.  

Kafein bəzi ağrıkəsicilərin (məsələn, parasetamol və ya aspirin) təsirini artırır.

Kafein və dərmanların qarşılıqlı təsiri fərdi olaraq dəyişə bilər. Buna görə də hər hansı bir dərman qəbul etdiyiniz zaman kafein istehlakını məhdudlaşdırmaq və ya həkimlə məsləhətləşmək tövsiyə olunur.