Son illərin ən böyük kosmetik problemlərindən biri də saç tökülməsidir.

Foodinfo.az xəbər verir ki, bu vəziyyətin bir çox səbəbi var, lakin ətraf mühitin çirklənməsi, qeyri-sağlam qidalanma, stress, mövsüm dəyişikliyi və yanlış tətbiqlər də bu ani artıma səbəb ola bilər. 

Əgər bu günlərdə saçlarınızın tökülməsindən narahatsınızsa, gəlin birlikdə bu problemdən necə qurtulacağımızı öyrənək. 

Dərimiz kimi diqqətli baxıma ehtiyacı olan saçlarımız tökülməyə başladığı zaman ilk növbədə estetik narahatlıq yaradır. Ancaq saç tökülməsi probleminin nədən qaynaqlandığını bilmək çox vacibdir. Çünki problemin arxasında böyrəküstü vəzi və yumurtalıqların şişləri, zəhərli guatr və qalxanabənzər vəzinin qeyri-aktivliyi, qaraciyər və ya böyrək çatışmazlığı kimi ciddi sağlamlıq problemləri də ola bilər. Odur ki, saç tökülməsi uzun müddət davam edirsə, problemi görməzlikdən gəlməyin və həkimə müraciət edin. 

Saçlarda sağlamlıq problemi yoxdursa və mövsüm dəyişiklikləri, ətraf mühit faktorları, stress və ya qeyri-sağlam qidalanma kimi səbəblərdən tökülürsə, bunun qarşısını ev şəraitində bu ədviyyatlar sayəsində ala bilərsiniz.

Yeməklərimizə ləzzət qatan bir çox ədviyyatın saç sağlamlığına əhəmiyyətli faydaları var.  

Sarımsağın tərkibindəki sistein maddəsi saç üçün çox faydalıdır. Etibarlı mənbələrdən alınan sarımsaq tozunu şampunlarınıza əlavə edərək rahatlıqla istifadə edə bilərsiniz. 

Digər vacib ədviyyat qırmızı bibərdir. Bu ədviyyat A və C vitaminləri baxımından yüksək qida dəyərinə malikdir. Birbaşa və ya toz şəklində istehlak edə bilərsiniz. 

Mədə xəstəlikləri üçün yaxşı olduğu bilinən şüyüd saç dərisi üçün də inanılmaz dərəcədə faydalıdır. Xüsusilə saç köklərində ağrı və ya iltihablı follikullar varsa, şüyüdlə hazırlanmış reseptlərdən istifadə etmək olar. 

Darçın antioksidant olduğu üçün saçlara faydalı olan ədviyyatlar arasındadır.