Saçlarınız çox quru və kövrəkdirsə, onları təmir etmək üçün sadə addımlardan istifadə edə bilərsiniz. 

Foodinfo.az saçınızı 5 dəqiqə ərzində bərpa etməyə kömək edəcək iki tərkibli sadə ev maskasını təqdim edir:

Maska hazırlamaq üçün lazım olan materiallar:

1 stəkan çiy süd

1 xörək qaşığı bal

Antibakterial bal baş dərisinin infeksiyası, artıq yağı və quruluğu ilə mübarizə aparır, süd isə saçlarınızı yumşaq və hamar edir.

Bir xörək qaşığı balı bir stəkan çiy südlə yaxşıca qarışdırın. Bu qarışığı saçlarınıza çəkin

Qarışığı saçlarınıza tamamilə hopan qədər (20 dəqiqə) saxlayın. Sonra şampun və ilıq su ilə yuyun.

Bu maskanı həftədə bir dəfə təkrarlayın.