Erkən yaşda saçların ağarması bir çox insanı daha yaşlı hiss etdirir. Ancaq saçların ağarmasının qarşısını almaq da mümkündür.
Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb.
Ekspertlər qeyd edirlər ki, bunun qarşısını almaq üçün kalsiyumla zəngin qidalardan istifadə etmək lazımdır. Çünki kalsiyum saçların ağarmasına qarşı qalxan yaradır. Gündə 200 mq kalsiyum istifadə etməklə saçların ağarmasının qarşısını almaq olar.
Qayğı və stress kimi amillərdən uzaq durun. Bunun üçün meditasiya ilə məşğul olmaq tövsiyə olunur.
Keyfiyyətli məhsullarla qidalanmaq, protein qəbulunu artırmaq. Bu cür qidalanma saç, dırnaq və dərimizi qoruyur.
Saçların erkən ağarmasının qarşısını almaq üçün həmçinin orqanizmi ehtiyacı olan dəmirlə təmin etmək, tərkibində dəmir olan məhsulları istifadə etmək lazımdır.