Bu gün istifadə olunan boyalar və kimyəvi maddələr saç köklərinə və quruluşuna çox ziyan vurur. Ancaq boya və kimyəvi maddələrdən istifadə etmədən də saçınızı gözəlləşdirmək mümkündür. Evdə rahatlıqla hazırlaya biləcəyiniz bu qarışımlar sayəsində saçlarınıza sağlam görünüş verə bilərsiniz.

 Foodinfo.az saçlarınız üçün bu təbii vasitələri təqdim edir:

ÇOBANYASTIĞI ÇAYI 

Saçınızı gözəlləşdirmənin ən təbii yollarından biri çobanyastığı çayıdır. Çobanyastığı çayı saçlarınız üçün çox faydalıdır. Hamar və sağlam görünməsini təmin edir.

Bir az su qaynadın və içərisinə çobanyastığı çayı əlavə edin. Soyuduqdan sonra saçınıza tökərək15 dəqiqə saxlayın və sonra su və şampun ilə yaxşıca yuyun.

 C VİTAMİNİ 

Saçlarınızı təbii şəkildə parıldatmaq və qidalandırmaq istəyirsinizsə, təxminən səkkiz və ya doqquz tablet C vitaminini əzin və şampunla qarışdırın. Sonra saçınızı yaxşıca yuyun və kondisionerlə prosesi tamamlayın.

 SU VƏ LİMON

Saçınıza qulluqlardan biri də ən qədim təbii yollarından olan su və limondan istifadə etməkdir. Saçınıza bir stəkan su və iki yemək qaşığı limon suyu əlavə edib 15 dəqiqə saxlayın. Sonra su və şampun ilə yaxşıca yuyun.

SİRKƏ 

Sirkə saçınızın rəngini açmaqda yardımçı ola bilər. Böyük bir stəkan suya iki xörək qaşığı sirkə tökün və qarışığı saçınıza çəkin.

15 dəqiqə saxlayıb su və şampun ilə yaxşıca yuyun. Sirkə kəpəkdən də qurtulmağa kömək edə bilər, ancaq quru saçlarınız varsa, bu üsuldan qaçınmalısınız.

BAL VƏ SİRKƏ 

Bal saçınızın rəngini açmaq üçün başqa bir təbii üsuldur və sirkə ilə qarışdırıldıqda onun gücü ikiqat artır. Qarşılaşa biləcəyiniz problemlərdən biri də həm balın, həm də sirkənin saçınızın nəmini azaltmasıdır, ona görə də saçınızı nəmləndirmək üçün qarışığa bir qaşıq zeytun yağı əlavə etməlisiniz.

Bal, sirkə və zeytun yağını qarışdırın, saçınıza çəkin və sonra saçınızı streçlə sarıyın. Gecəni belə saxlayın və səhər saçınızı şampun və kondisionerlə tər-təmiz yuyun.

XINA VƏ ÇOBANYASTIĞI 

Xına çox güman ki, daha tünd saç tonları olan insanlar üçün yaxşıdır. Xına saçın təbii rəngini açır və saçlarınıza çox gözəl ton verir.

Çobanyastığı ilə qarışdırıldıqda saçınızın təbii rəngini açmaq üçün daha yaxşı bir üsula çevrilir. Sadəcə ikisini qaynar su ilə qarışdırın. Xına tozunun miqdarı çobanyastığı tozunun miqdarına bərabər olmalıdır.

Soyuduqdan sonra saçlarınıza çəkin və sonra saçınızı streçlə örtün. İki saat saxladıqdan sonra su və şampun ilə yaxşıca yuyun.