Diyetoloq Janna Korobeynikova, şirniyyata olan həvəsin müxtəlif qida maddələrinin çatışmazlığından xəbər verə biləcəyi fikrini ifadə edib. Foodinfo.az bildirir ki, diyetoloq qeyd edib ki, şirniyyata həvəs C vitamini çatışmazlığını göstərə bilər. Həmçinin, kifayət qədər yatmırsınızsa və ya stres altındasınızsa, sizdə maqnezium və xoşbəxtlik hormonu - triptofan çatışmazlığı ola bilər, buna görə də beyin şirniyyatlarla sakitləşməyə çalışacaq.
O, şirniyyatdan imtina etmək üçün mütəxəssis balanslaşdırılmış bir pəhriz qurmağı tövsiyə edib. “Pəhrizinizə kompleks karbohidratlar, zülallar, sağlam yağlar, çoxlu göyərti və tərəvəzlər daxil edin.”
Korobeynikovanın sözlərinə görə, belə bir pəhrizlə orqanizm tezliklə sağlam qidadan ehtiyac duyduğu hər şeyi almağa öyrəşəcək və beləliklə, şirniyyata olan həvəsi aradan qaldırmaq olar.
Fərid