Mütəxəssislər Yeni il gecəsində həddindən artıq yemək və içki istehlakının sağlamlığa mənfi təsir göstərdiyini söyləyirlər.
Foodinfo.az diyetoloqların məsləhət gördüyü Yeni il gecəsində istehlak edilə biləcək ən sağlıqlı qidaları təqdim edir:
Hinduşka: Yeni il süfrəsinin vazkeçilməzi sayılan hinduşka daha az yağlı olduğu üçün qırmızı ətə yaxşı alternativdir.
Salatlar və zeytunyağlı yeməklər: Qarnir olaraq düyü, makaron və çörək kimi yüksək karbohidratlı qidalara alternativ seçərək yüksək kalorili yeməklərdən çəkinin.
Qatıqlı qəlyanaltılar: Qızartma üsullarından istifadə edilmədən hazırlanan qəlyanaltılar həm vizual, həm də dad baxımından Yeni il süfrəsi üçün yaxşı bir başlanğıc alternativi ola bilər.
Qoz-fındıq: Yeməkdən sonra qablaşdırılmış qəlyanaltılar kimi yüksək kalorili qidalar yerinə qoz-fındığa üstünlük verilə bilər.
Şirniyyatlar: Yeməkdən sonra ən az 45-50 dəqiqəlik fasilədən sonra südlü desertlər və ya meyvəli desertlər kimi seçimlər gecəni daha yüngül keçirməyə kömək edəcək. Tərkibində şərbət olan desertlərdən uzaq durmaq lazımdır.
Meyvələr: Təzə meyvə alternativi olaraq naringi, portağal, armud, kivi və nara üstünlük vermək olar. Yüksək C vitamini və antioksidant tərkibə malik bu meyvələr Yeni il gecəsi üçün yaxşı seçimdir.