Təmizlik sağlam həyatın təməl daşlarından biridir və ümumiyyətlə meyvə və tərəvəzlərin yuyulmadan istehlak edilməsi tövsiyə olunmur. Ancaq bəzi qidaları yumadan istehlak etmək məsləhət görülür, çünki bu zaman vitamin və mineral itkilərinin qarşısı alınır. 

Foodinfo.az sağlamlığınız üçün yuyulmadan istehlak etməli olduğunuz 5 qidanı təqdim edir:

GÖBƏLƏK

Göbələklər təbii olaraq günəş işığından D vitamini sintez edə bilirlər. Yuyulmadan istehlak etmək bu vitamini daha effektiv şəkildə mənimsəməyinizə kömək edə bilər.

ƏNGİNAR 

Ənginar antioksidant və liflə zəngindir. Yuma zamanı itirilə biləcək bu qida dəyərlərini qorumaq üçün onu yuyulmadan istehlak etmək vacibdir.

YUMURTA 

Yumurtanın yuyulması bakteriyaların çoxalmasına səbəb ola bilər.

MAKARON

Makaron bakteriya riski yaratmır, ancaq bişmişdən əvvəl və ya sonra makaronu yumaq nişastanın çıxmasına və makaronun dadının dəyişməsinə səbəb ola bilər.

ÇİY ƏT

Qırmızı ət, toyuq və ya balıqdan asılı olmayaraq, çiy ətin yuyulması çox zərərlidir. Çiy əti yuyarkən, çarpaz çirklənmə sayəsində mətbəxinizdə bakteriya yayarsınız.